Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyaca məşhur alman model Veruşka vəfat edib.
Axşam.az xəbər verir ki, model Berlində 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, əsl adı Vera Qotlib Anna fon Lendorf olan Veruşka qraf ailəsində dünyaya gəlib. Atası Henrix fon Lendorf 1944-cü ildə Adolf Hitlerə qarşı uğursuz sui-qəsd cəhdindən sonra edam olunub.
Modelə dünya şöhrətini rejissor Mikelancelo Antonioninin “Fotoartım” filmi qazandırıb. Ekranda cəmi beş dəqiqə görünməsinə baxmayaraq, onun fotosu filmin afişasında yer alıb.
Karyerası ərzində 800-dən çox jurnalın üz qabığına çəkilən Veruşka “Vogue” jurnalının üz qabığında 11 dəfə yer alıb. O, moda dünyasında “ilk alman supermodeli” kimi tanınıb.
Veruşka 1975-ci ildə “Vogue” jurnalının baş redaktoru Qreys Mirabella ilə mübahisədən sonra moda dünyasını tərk etdiyini açıqlayıb. Onun son işlərindən biri 2018-ci ildə İsveçin “Acne Studios” brendi üçün hazırlanan fotosessiya olub.