Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 5-i axşam saatlarında Pakistan və Əfqanıstan qüvvələri arasında Çaman sərhəd-keçid məntəqəsi yaxınlığında artilleriya zərbələri ilə başlayan atışma bölgədə narahatlığı artırıb.
Pakistan rəsmilərinin sözlərinə görə, Əfqanıstan qüvvələri Pakistan ərazisinə minaatanlardan ilk atəşi açıb.
Bununla belə, Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahidi silahlı qüvvələrin Qəndəhar əyalətinin Spin Boldak rayonunda Pakistanın zərbələrinə cavab verdiyini söyləyib.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, dəqiq məlumat açıqlanmayıb.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Pakistan və Əfqanıstan arasında atəşkəs kövrəkdir: “Çünki, Əfqanıstanla sərhəddə Təhriri-Pakistan (Pakistan Talibanı olaraq bilinir) terror təşkilatı fəaliyyət göstərir.
Bu təşkilat Pakistanda etnik puştunlardan ibarətdir və onların əsas məqsədi ölkədə hakimiyyəti ələ keçirməkdir.
Əfqanıstanda Taliban hökuməti iki ölkə arasında Durand sərhəd xəttini tanımır, bu səbəbdən, zamanla müəyyən silahlı qarşıdurmalar yaşanır.