Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
140 il əvvəl texnologiya tarixində ciddi dönüş nöqtəsi olacaq hadisə baş verdi.
Avtosfer.az xəbər verir ki, 29 yanvar 1886-cı Karl Benz özünün hazırladığı “Benz Patent-Motorwagen”i patentləşdirdi. Bu, bəşər tarixində ilk sözün müasir mənasında avtomobil idi, yəni özüyeriyən vasitə.
Doğrudur, bəşər övladı əvvəllər də insan və heyvanın əzələ gücündən asılı olmayan nəqliyyat vasitələri yaratmağa cəhd edib. Çinlilər arabaya yelkən qoyaraq onu hərəkətə gətirməyi hələ 15-ci əsrdə bacarmışdılar. Lakin bu vasitə etibarlı deyildi. Künyonun buxar qazanlı avtomobili isə çox yekə və ləng idi.
Karl Benzin avtomobili sənaye üçün də dönüş nöqtəsi oldu. Maraqlıdır ki, alman və fransızların 19-cu əsrdə ərsəyə gətirdikləri daxiliyanma mühərrikinin iş prinsipi 150 ildə ciddi dəyişikliyə məruz qalmayıb. Bu mühərriklər bu gün insan həyatının bütün sahələrində tətbiqini tapır.
Benzin avtomobilin məşhurlaşmasına arvadı səbəb olub ki, bu da ayrı bir xəbərin mövzusu olacaq.
Vüqar
Oxunub 40