Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
140 il əvvəl, 1886-cı ildə karl Benz daxiliyanma mühərrikli arabanı patentləşdirir.
Avtosfer.az xəbər verir ki, indiki parametrlərlə “Motorwagen” avtomobildən daha çox trisikl kimi qəbul edilə bilər. Müasir standartlarla qəribə görünsə də, texnika o dövr üçün çox proqressiv idi. 0,75 at gücü benzin mühərrik “Motorwagen”in 16 km/saat sürətlə hərəkət etməsinə imkan verirdi.
2 atın qoşulduğu fayton 20-30 km/saat sürətlə gedə bilir. Həm də səs və tüstü olmadan. Lakin, “dəmir at” ləng getsə də, yorulmurdu.
Əslində, fərq göz qabağında idi. Alman mühəndisin ixtirası 1770-ci ildə icad edilmiş Künyo arabasından daha kompakt, həm də 4 dəfə daha sürətli idi. Künyo arabasını hərəkətə gətirmək üçün saatlarla hazırlıq tələb olunurdusa, benzin maşınında hazırlıq üçün bir neçə dəqiqə kifayət edirdi. Təkcə bir rəqəm Künyo arabası haqqında təsəvvür formalaşdırmağa kifayət edir: texnikanın tam kütləsi 8 ton idi ki, bunun da 6 tonu su və kömürdən ibarət olurdu.
Vüqar