İlk baxışda aşiq olmaq bioloji olaraq MÜMKÜNDÜR? | Icma.az
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İlk baxışda sevgi" anlayışı uzun illərdir həm romantik ədəbiyyatın, həm də psixoloji tədqiqatların mövzusu olub.
Bəs bu, gerçəkdə doğrudanmı mümkündür? BAKU.WS xəbər verir ki, müasir elmi araşdırmalar bu bəzi şərtlərlə cavab verir.
Harvard, Stanford və Hollandiya Psixologiya Tədqiqatları İnstitutunun apardığı bir neçə nevrobioloji və psixoloji araşdırma göstərib ki, insan beyni bir neçə saniyə ərzində qarşısındakı insan haqqında emosional qərar verə bilir.
Neyrobioloqlar bildirir ki, bir insana ilk dəfə baxanda hipotalamus və beyindəki "mükafat sistemi" sürətlə aktivləşir.
Bu zaman dopamin, oksitosin və adrenalin kimi hormonların ifrazı baş verir.
2010-cu ildə Syracuse Universitetinin araşdırmasına görə, sevgi hissi beyində cəmi 0,2 saniyə ərzində yaranır və bəzən bu reaksiya baxış anındaca mümkün olur.
Bununla belə, psixoloqlar "ilk baxışda aşiq olmaq" deyərkən əslində daha çox fiziki cazibə, enerji uyğunluğu və intuisiya ilə qərar vermə proseslərinin baş verdiyini bildirir.
Tam oxu
Xəbəri oxu