İlk bayrağı Murovdağ yüksəkliyinə sancdıq VİDEO

06.11.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Liatris Holdinq"in rəhbəri Ruhiyyə Əliyevanın aparıcılıq etdiyi “Nəsillərin Divanı” verilişinin ilk buraxılışı yayımlanıb.

Avtosfer.az xəbər verir ki, RTV-də yayımlanan ilk buraxılışın qonaqları - Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov və Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev olub.

Verilişdə müharibə xatirələrini bölüşən Qəzənfər Ağayev işğaldan azad olunan torpaqlarda ilk dəfə bayrağımızın Murovdağ yüksəkliyinə sancılmasından danışıb:

"Zirvənin azad edilməsindən sonra mövqelərdə möhkəmlənmə prosesi 4-5 gün davam etdi. Bu müddət qidasız və olduqca çətin şəraitdə qadıq. Gecələr hava o qədər soyuq olurdu ki, bir neçə nəfər bir-birimizə sığınsaq da, isinmək mümkün deyildi. Hətta bəzi yoldaşlarım qida tapmaq üçün zirvədən aşağıdakı ərazilərdə bitən otları tapıb yeyirdilər".

Daha ətraflı videoda:

YouTubehttps://www.youtube.com/watch?v=mMbG9lzDs-E

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью