İlk dəfə ayın ən yaxşı oyunçusu seçildi

10.05.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə premyer-liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, nominasiyada “Liverpul”un futbolçusu Aleksis Makallister qalib gəlib.
Yarımmüdafiəçi azarkeşlərin və ekspertlərin səsverməsində Rayan Ayt-Nuri, Jorgen Larsen (hər ikisi “Vulverhempton”), Harvi Barns, Ceykob Mörfi (hər ikisi “Nyukasl”), Morqan Rocers (Aston Villa) və Rayan Sessenyonu (Fulhem) qabaqlayıb.
Makallister aprel ayında premyer-liqada 5 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Argentinalı futbolçu karyerasında ilk dəfə bu mükafatı qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью