İlk dəfə Azərbaycanda: Kalkınma Elçiləri Bakıda və bölgələrdə

30.07.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Türkiyənin Türk İşbirliği ve Koordinasyon Ajansı (TİKA)⁠ tərəfindən həyata keçirilən Kalkınma Elçiləri könüllülük və inkişaf proqramının üzvləri Azərbaycanda səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, proqramın məqsədi  universitet tələbələrinə beynəlxalq inkişaf əməkdaşlığı sahəsində nəzəri və praktiki təcrübə qazandırmaqdır. Proqram iştirakçılarının ilk səfəri Azərbaycana olub. Bu məqsədlə Türk Şəhidliyini ziyarət edən Kalkınma Elçiləri ölkəmizdə keçirdikləri  gördüşlər barədə məlumat veriblər.

TİKA Bakı koordinatoru Mahmud Ağırman açıqlamasında bildirib ki, Kalkınma Elçiləri dünyanın fərqli ölkələrinə səfərlər düzənləyəcəklər: "İlk belə səfər Azərbaycandan başladı. Bunun rəmzi mənası da var. Onlar ilk dəfə Azərbaycana gəliblər, çünki 1918- ci ildə Nuri Pasanın gəldiyi Azərbaycana onun izi ilə gəlmək çox vacib idi".

Dədələrinin, Nuri Paşanın izindən Azərbaycana gələn tələblər bölgələrdə müxtəlif görüşlər keçiriblər: "Şəhidliyə vida edib, son görüşlərini burada keçirirlər. Çox gözəl, təmiz bir ölkə gördük, Azərbaycan hər gün inkişaf edir, Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq davam edir, iki dövlət, bir millət olaraq əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək".

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью