İlk dəfə bu ölkədə azərbaycanlı futbolçu çıxış edəcək

23.06.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Turan Manafov karyerasını ölkə xaricində davam etdirəcək.

“Qafqazinfo” Sport1.az-a istinadən xəbər verir ki, müdafiəçi Cənubi Afrika Respublikasının "Stellenboş" klubu ilə razılaşıb. Azərbaycanlı futbolçu Premyerşip təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Bu məlumatı oyunçunun məxsus olduğu FMA-nın mətbuat xidməti təsdiqləyib:

"Turan Manafovla klub arasında ilkin müqavilə imzalanıb. Cənubi Afrika Respublikasına getmək üçün viza müraciəti etmişik. Sənəd məsələsi həll olunan kimi Turan həmin ölkəyə yollanacaq və rəsmi müqavilə imzalanacaq. Klubla oyunçu arasında 3 illik saziş bağlanacaq".

Maraq üçün bildirək ki, ilk dəfədir, bir azərbaycanlı futbolçu Cənubi Afrika Respublikasında çıxış edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью