İlk dəfə: Dünyanın gözü önündə meydan oxudu Bu ordu ilə döyüşə bilməzsiniz! | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çin Xalq Respublikası ilk dəfə strateji nüvə triadasını – quruda, dənizdə və havada yerləşən nüvə qüvvələrini – rəsmi hərbi paradda nümayiş etdirib.
Tiananmen meydanında keçirilən tədbirdə qitələrarası ballistik raketlər, nüvə başlıqlı sualtı raket daşıyıcıları və strateji bombardmançı təyyarələr nümayiş olunub.
Paradda Çin Prezidenti Si Cinpin iştirak edib və bir neçə ölkənin lideri də tədbiri yerində izləyib.
Bu addım Pekinin artan hərbi imkanlarını və qlobal güc iddiasını nümayiş etdirməsi baxımdan mühüm hadisə kimi qiymətləndirilir.
Çin bu addımla beynəlxalq ictimaiyyətə hansı mesajı verir? ABŞ və onun müttəfiqləri bu nümayişi necə qiymətləndirəcək?
Parad Tayvan ətrafında gərginliyi artırmağa xidmət edə bilərmi?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Çinin bu addımı açıq-aşkar mövcud dünya nizamına meydan oxumaqdır: “Pekin ABŞ-ın formalaşdırdığı nizam və qaydalara meydan oxuyur.
Tam oxu
Xəbəri oxu