İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub

13.05.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 may, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Galaxy Cup” turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq həmin yarışda təmsil olunub.

Nüfuzlu turnirdə “Ocaq Sport” klubunun 2013–2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi iştirak edib.

Komandamız 6 kollektiv arasında üçüncü yerin sahibi olub. Qapıçı İlkin Qəmbərov isə komandanın ən yaxşı oyunçusu adına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью