İlk dəfə MİQ ə qatıldı, 60 bal TOPLADI

14.07.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İlk iştirakım idi, 60 bal topladım və nəticəmi normal hesab edirəm".

Redaktor.az xəbər verir ki, bu sözləri MİQ imtahanında iştirak edən namizəd Firuzə Məmmədova azedu.az-a açıqlamasında bildirib.

"Mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsiyəm və ixtisasım informatika müəllimliyidir.
Bu, MİQ imtahanında ilk iştirakım idi. İmtahandan 60 bal topladım və ilk dəfə iştirak etdiyim üçün nəticəmi normal hesab edirəm.

Suallar ümumilikdə orta səviyyədə idi. Hazırlığı olan namizədlər üçün cavablandırılması mümkün idi.

Vakansiya seçimində üstünlüyü Bakı şəhərindəki məktəblərə verməyi düşünürəm. Ümid edirəm ki, nəticəm uğurlu olacaq və müəllim kimi fəaliyyətə başlamaq imkanını əldə edəcəyəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью