Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, yüksək vəzifəli İsrail mənbəsi bu fikri "Kanal 12"yə verdiyi şərhdə bildirib.
"Bu, hələ kritik bir an deyil və rejim dağılmaq üzrə deyil, lakin etiraz qrafiki əvvəlki həftələrdə görmədiyimiz bir sürətlə açıq və davamlı şəkildə artır", - deyə mənbə qeyd edib.
10 yanvar səhəri İran ordusu vətəndaşları "düşmənin məqsədlərinə çatmasının qarşısını almağa" çağırıb. "Bölgədəki düşmən nəzarət altındadır. Silahlı qüvvələrlə birlikdə milli maraqları, ölkənin strateji infrastrukturunu və dövlət əmlakını qətiyyətlə müdafiə edəcəyik", - deyə bəyanatda bildirilir.
İranda "düşmən" sözü bir qayda olaraq İsrailə aid olduğu başa düşülür. İran parlamentinin keçmiş spikeri və Ali Liderin müşaviri Əli Laricani ölkəsinin "müharibənin ortasında" olduğunu bildirib. O, baş verənlərə görə İsraili günahlandırıb.
Qadir, Bizimyol.info