“İlk dəfə səndən bir hədiyyə istəyirəm”

13.08.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aktyor Fərda Xudaverdiyev doğum günü münasibətilə özünə fərqli təbrik ünvanlayıb.

Axşam.az xəbər verir ki, yumor ustası sosial şəbəkədə paylaşdığı yazıda həyatın bir filmə bənzədiyini qeyd edərək, insanın öz həyatının “baş rol”unu başqasına verməməli olduğunu vurğulayıb.

Fərda izləyicilərindən bu dəfə özü üçün hədiyyə istəyib:

“Bu gün mənim ad günümdür. Deyirlər, həyat bir filmdir. Amma ən vacibi odur ki, “baş rol”unu başqasına verməyəsən. Öz həyatının qəhrəmanı olasan. İlk dəfə, məhz bu gün, səndən bir hədiyyə istəyirəm…

Şərhdə mənə ürəyindən keçən bir xoş söz, bir cümlə yaz. Bir də olar. İstəyirəm bu paylaşımın altında yalnız sevgi yaşasın. İnanıram ki, sevgi də yoluxucudur. Həyatında hər şey ürəyincə olsun, tanımadığım doğmam”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью