“İlk dəfədir Azərbaycana gəlirəm, çox isti qarşıladılar”

05.11.2026

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

“Muhteşem Yüzyıl” serialındakı Hürrem Sultan obrazı ilə populyarlaşan aktrisa Meryem Üzerli Bakıya gəlib.

OLAY yazır ki, sənətçi Halit Ergençlə rol aldığı “İmroz’da Bahar” filminin qalası üçün Azərbaycana təşrif buyurub.
Tədbir noyabrın 4-də 18:00-da “Deniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında keçirilib.
Yerli mediaya müsahibə verən sənətçi Bakını gəzdiyini və Heydər Əliyev Mərkəzində olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью