Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Milan”ın baş məşqçisi Ruben Amorim A Seriyasında “Bolonya”ya məğlubiyyəti şərh edib.
Futbolpress.az DAZN-a istinadən xəbər verir ki, mütəxəssis 2:4 hesabıyla bitən matçdan sonra bunları deyib:
“Sıx qrafikdəyik və çoxlu itkilərimiz var. İlk dəqiqələrdən hiss etdim ki, yorğunuq, kifayət qədər enerjimiz yoxdur. Ardıcıl qollar buraxdıq. Geridönüş etməyə çalışsaq da, alınmadı. Təqvimin sıxlığı nəticəyə təsir etdi”.
Bu, “Milan”ın A Seriyasında cari mövsümdəki ilk məğlubiyyəti idi. “Qırmızı-qaralar” 9 turdan sonra 18 xalla 5-ci sırada qərarlaşıb.