İlk gediş Məmmədovdan

21.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında 6-cı turun partiyaları oynanılır.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Olimpiadanın 6-cı turunda qadınların yarışında keçirilən Azərbaycan – Qazaxıstan matçında ilk gedişi edərək yarışa start verib.

6-cı turda kişilərdən ibarət Azərbaycan millisi Argentinayla, qadın şahmatçıların yığması isə Qazaxıstanla mübarizə aparır.

Qeyd edək ki, kişilərdən ibarət yığma 8 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Qadınlardan ibarət komanda isə 10 xalla 4-cü sıradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью