İlk görüşünü Zelenski ilə etdi Video

27.07.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Queen Elizabeth” təyyarədaşıyan gəmisində Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında məlumat paylaşıb.

Görüş zamanı tərəflərin birgə müdafiə istehsalının inkişafını müzakirə etdiyi qeyd olunub. Zelenski, həmçinin dronların qorunması üçün radioelektron mübarizə (REB) texnologiyalarının Kiyevə verilməsi qərarına görə Britaniyaya təşəkkür edib və Baş naziri Ukraynaya səfərə dəvət edib.

Səfərdən bir qədər əvvəl Bernem Rusiyaya müraciət edərək Ukraynaya dəstəyin sarsılmaz olaraq qaldığını bəyan etmişdi. O, ədalətli sülh bərqərar olana qədər Böyük Britaniyanın geri çəkilməyəcəyini vurğulamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью