İlk Hermes Birkin çantası hərracda satılacaq

08.06.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ceyn Birkinin özünə məxsus olan orijinal "Hermes Birkin" çantası iyulun 10-da "Sotheby's" hərracında satılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Çanta əvvəlcə Manhettendəki hərrac evində satışa çıxarılacaq, daha sonra Parisə daşınacaq.

Aksesuar "Paris Fashion Icons" çərçivəsində alıcılara təqdim olunacaq. "Birkin"in qiyməti potensial alıcılara özəl şəkildə açıqlanacaq.

Qeyd edək ki, müğənni və aktrisa Ceyn Birkin 1946-cı ildə Londonda anadan olub. O, rejissor Serj Qeynsburqla 1969-cu ildə "Je t'aime... moi non plus" dueti ilə hit-paradlara başçılıq edib. Birkin 2023-cü ildə vəfat edib. Məşhur "Hermes" çantaları onun adını daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью