Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Moskvada Rusiyanın süni intellekt əsaslı ilk humanoid robotu təqdim edilib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, “AIdol” adlı robot ölkənin “Yeni Texnoloji Koalisiya” şirkəti tərəfindən yaradılıb.
“AIdol” xidmət, sənaye və ictimai məkanlarda istifadə üçün nəzərdə tutulur.
Ümumilikdə isə tədbir bir neçə maraqlı məqamla yadda qalıb. Bunlardan biri isə robotun təqdimat mərasiminin əvvəlində səhnədə ilk addımlarını atarkən yıxılması olub.
Humanoidin bu görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin