İlk iş günündə 47 saniyədən sonra QOVULDU

31.07.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsveçdə yaşlılara qulluq müəssisəsində işə başlayan əməkdaş ilk iş gününün başlamasından cəmi 47 saniyə sonra işdən çıxarılıb.

Lent.az xəbər verir ki, kişi işə qəbul olunarkən panik atak keçirə biləcəyini rəhbərliyə əvvəlcədən bildirib. Buna baxmayaraq, müəssisə onu işə götürüb.

İlk iş günündə həyəcan keçirən yeni əməkdaş vaxtında iş yerinə gəlsə də, paltardəyişmə otağını tapa bilməyib. Onun sözlərinə görə, müraciət etdiyi həmkarı da otağın yerini göstərməkdən imtina edib.

Nəticədə növbə başlayarkən onda panik atak baş verib. O, sakitləşmək üçün qısa müddətlik çölə çıxıb, daha sonra rəhbərinə mesaj yazaraq vəziyyəti izah edib.

Rəhbər isə dərhal ona zəng edərək işdən çıxarıldığını bildirib. Halbuki işçinin sağlamlıq vəziyyəti barədə əvvəlcədən məlumatlı idi.

İşçi ona ikinci şans verilməsini xahiş etsə də, bu istək qəbul edilməyib.

Bundan sonra o, xroniki psixoloji pozuntusuna görə ayrı-seçkiliyə məruz qaldığını bildirərək rəsmi şikayət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью