İlk: Kiyev Britaniya raketləri ilə Rusiyaya zərbə endirdi

20.11.2024

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

19:05

Ukrayna Silahlı Qüvvələri Britaniya istehsalı olan “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə ilk dəfə zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Skay Nyus” kanalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, müharibənin başlamasından 33 ay sonra Ukrayna Britaniyadan aldığı bu qabaqcıl silah növünü Rusiya ərazisini vurmağa tətbiq edib.

Britaniya Nazirlər Kabinetinin sözçüsü məsələ ilə bağlı şərh verməyəcəklərini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью