Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Təsadüflər zərurətdən, zərurətlər təsadüfdən doğur deyirlər.
Həyat kimi ədəbi proseslər də onlardan istisna deyil. Lakin bunlar bəzən o qədər maraqlı olur ki!
Adi bir əhvalatın Azərbaycan dramaturgiyasının yaranmasına səbəb olduğu kimi.
Hə, söhbət “Hekayəti Molla İbrahimxəlil kimyagər”in yazılmasına vəsilə olan bir hadisədən gedəcək.
Amma biz yeni bir Amerika açmayacaq, məlum məsələlərə öz münasibətimizi söyləyəcəyik.
1850-ci ildə yazılmış “Hekayəti Molla İbrahimxəlil kimyagər” filosof, yazıcı-dramaturq, içtimai xadim Mirzə Fətəli Axundzadənin ilk komediyasıdır.
Həm də ədəbiyyat tariximizdə bir ilkdir. Məhz bu komediya ilə Azərbaycan dramaturgiyasının əsası qoyulmuşdur.
M.F.Axundzadə komediyada o zaman baş verən, cəmiyyətdə hökm sürən çatışmazlıqları, tamahkarlıq, hiyləgərlik, şeirə, sənətə qiymət verilməməsi, xalqa, vətənə laqeyd münasibətlərdən söhbət acır, cəhaləti tənqid edir.