Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
1900-c üil noyabrın 22-də “Daimler” şirkəti “Mercedes” adlı ilk avtomobilin yığılmasını başa çatdırdı. Söhbət 35 PS modelindən gedir.
Avtosfer.az xəbər verir ki, avtomobil dördsilindrli 5,9 litrlik, 35 at gücündə mühərriklə təchiz edilmişdi. Mühərrikin maksimum dövrlər sayı 950 dövr/dəqiqə idi.
Avtomobildə Maybaxın şanşəkilli radiatoru quraşdırılmışdı ki, bu da yenilik idi. Ağırlıq mərkəzi də aşağı idi. Artıq söhbət mühərrikli karetadan deyil, həqiqi avtomobildən gedirdi.
Maşın dekabrda Fransaya yola salınır. Növbəti il Nitsada keçirilən yarışın qalibi olur.
Avtomobil onu sifariş edən avstriyalı iş adamı Emil Yellinekin qızının şərəfinə “Mercedes” adlandırılmışdı. O vaxtdan şirkətin bütün maşınları bu adla istehsal edilir.
Vüqar