“İlk növbədə “Şamaxı”ya münasibətdə düzgün deyil” meneceri Mikelslə bağlı sualdan qaçdı

07.01.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şamax”nın ulduzu Leroy Mikelslə bağlı müxtəlif transfer xəbərləri yayılmaqdadı. Almaniyalı futbolçunun “Neftçi” və “Sabah”la yanaşı, “Araz-Naxçıvan”ın da maraq dairəsində olduğu deyilir.

Görəsən, Mikels “Şamaxı”dan gedir, yoxsa qalır? Yuxarıda adı çəkilən komandalardan hansı ona ciddi maraq göstərir? Bu sualları futbolçunun meneceri Fuad Xəlilova ünvanladıq:

“Bu suallara cavab vermək istəmirəm. Cavab da verməyəcəm. İlk növbədə “Şamaxı”ya münasibətdə düzgün deyil”.


ƏSƏD SEYİDOV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью