İlk oyunların ən yaxşı futbolçuları seçildilər

12.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

İlk oyunların ən yaxşı futbolçuları seçildilər

DÇ-2026-nın ilk turunda A qrupunda keçirilən matçların ən yaxşı futbolçuları açıqlanıb.

QOL.az xəbər verir ki, Çexiya üzərində 2:1 hesablı qələbə qazanan Cənubi Koreya millisinin yarımmüdafiəçisi Hvan İn Bom görüşün ən yaxşı oyunçusu seçilib. 29 yaşlı futbolçu 67-ci dəqiqədə hesabı bərabərləşdirib və komandasının geri dönüşündə mühüm rol oynayıb.

A qrupunun digər oyununda isə CAR millisini 2:0 hesabı ilə məğlub edən Meksika yığmasının hücumçusu Xulian Kinyones matçın ən yaxşısı adına layiq görülüb.

29 yaşlı forvard qarşılaşmanın 9-cu dəqiqəsində hesabı açıb. Kolumbiyada anadan olan Kinyones 2023-cü ildən Meksika millisinin formasını geyinir.

İlk turdan sonra A qrupunda Meksika və Cənubi Koreya 3 xalla ilk iki pillədə qərarlaşıb. Çexiya və CAR isə xalsızdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью