İlk qadın gəmi kapitanı ekranda | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın zəngin dənizçilik tarixində silinməz iz qoymuş qadınların fədakarlığı sənətdə də geniş əksini tapıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Səlimova haqqında yeni çəkilmiş “Şövkət” bədii filmi bu silsiləyə layiqli töhfədir.
Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində filmin ideya müəllifi, Xəzər Dəniz Gəmiçiliyi İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev layihənin təkcə tarixi bir şəxsiyyətin ömrünü ekrana gətirmək deyil, həm də Azərbaycan qadınının cəsarətini, lətafətini, sədaqətini və dənizçi iradəsini nümayiş etdirmək missiyası daşıdığını vurğuladı.
O qeyd etdi ki, bu ilin dekabrında 105 illik yubileyi qeyd ediləcək Şövkət Səlimova İkinci Dünya müharibəsi illərində mülki gəmiləri idarə edən ilk azərbaycanlı qadın kapitan olub.
Onun ömür yolu dəyanət, fədakarlıq və Vətən sevgisinin parlaq nümunəsidir.
Xəzər Dəniz Gəmiçiliyi İdarə Heyətinin sədri Rauf Vəliyev təqdimat mərasiminin qurumun 12 il əvvəl yenidən təşkili gününə təsadüf etdiyini vurğuladı.
O, Azərbaycanda dənizçilik peşəsinin qədimliyindən və onun şöhrətini yaşatmaq üçün tarixi sənədləşdirmək, rəqəmsallaşdırmaq və gələcək nəslə çatdırmaq məqsədilə tədbirlər görüldüyünü qeyd etdi.
Tam oxu
Xəbəri oxu