“İlk qoldan sonra ağladım” Messi

17.06.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Argentina millisinin üzvü Lionel Messi bu gün Əlcəzairlə matçda vurduğu qollardan danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, ilk qoldan sonra ağladığını deyib.

“Bəli, ilk qoldan sonra ağladım. Amma bunun futbolla heç bir əlaqəsi yox idi. Bir neçə çətin gün keçirdim, lakin bütün nümayəndə heyətinə və komanda yoldaşlarıma minnətdaram. Onlar hər zaman yanımda oldular və mənə çox böyük dəstək verdilər”, - Messi bildirib.

Qeyd edək ki, Argentina Əlcəzairi 3:0 hesabı ilə məğlub edib. Hər 3 qolu Lionel Messi vurub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью