İlk seçim “Barselona”dır, ancaq…

15.01.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Yuventus” “Barselona”nın futbolçusu Ronald Arauxonu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Turin klubu uruqvaylı müdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdır. Bu barədə Canluka Di Marzio məlumat yayıb.

Arauxo “Barselona”da qalmaq istəyir və klubdan yeni müqavilə ilə bağlı təklif gözləyir. Kataloniyalılardan mənfi cavab olsa, Arauxo “Yuventus”a üz tutacaq.

Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Arauxo bu mövsüm 1 oyuna çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью