İlk səsvermədə Roma Papasını seçmək mümkün olmayıb

07.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 may, AZƏRTAC

Konklavın (kardinalların kollegiyası) iştirakı ilə Sikstin kapellasında Roma papasınının seçilməsi üçün keçirilən səsvermə nəticəsiz olub.

AZƏRTAC-ın məlumatına görə, kapellanın bacasından qara tüstü buraxılıb və bu, Katolik Kilsəsinin yeni liderinin seçilməsi üçün keçirilən səsvermənin ilk turunda Papanın seçilə bilmədiyini göstərir. Səsvermə təxminən 4 saat əvvəl başlayıb və 133 kardinal Roma Papasının seçilməsi prosesinə qatılıb. Onlar növbəti səsvermə üçün mayın 8-i səhər yenidən Sikstin Kapellasına qayıdacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью