“İlk ”Sevgililər Günü”dür ki, mən ona gül aparacağam” | Icma.az
Icma.az, Olay.az portalına istinadən məlumat verir. “İlk ”Sevgililər Günü”dür ki, mən ona gül aparacağam” Mərhum aktyor Azər Baxşəliyevin xa
Mənə eyni anda bir-iki sosial şəbəkədən dostluq göndərdi. Qəbul etdim, gördüm tanınmış simadır. İzləməyə başladım.
İlk dəfə Yarat Mərkəzində tanış olduq. Bilirmiş ki, mən orada olacağam. Onun həmin vaxt rayonda çəkilişləri var idi.
İlkingilə deyibmiş ki, bütün çəkilişlərini səhərə salsınlar, axşam məni görməyə gələcək. Orada tanış olduq, görüşdük.
Biz ailə qurduqdan sonra birinci böyrək köçürmə problemi çıxdı, 5 il övladımız olmadı.
Səhhəti ilə bağlı problemlər oldu ki, elə bildik, hamısının öhdəsindən gəldik. Kaş, bunun da öhdəsindən gələrdik. Həm də dostumu itirmişəm.
Həmişə bir-birimizlə fikirlərimizi bölüşərdik. Yaxşı həyat yoldaşı idi. Onunla bağlı ancaq xoş xatirələr var.
Tanışlığımızın 10 ili olacaqdı, 7 ildir evliydik. O müddətdə problemimiz olmamışdı.
Tam oxu
Xəbəri oxu