İlk süni ürəyin yaradıcısı 80 yaşında öldü

31.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ-li alim, tədqiqatçı, insanlara daimi implantasiya üçün nəzərdə tutulmuş ilk süni ürəyin yaradıcısı Robert Carvik vəfat edib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı alimin ölümünə Parkinson xəstəliyinin ağırlaşması səbəb olub.

Onun hazırladığı ilk süni ürəyin xəstəyə əməliyyat nəticəsində uğurlu köçürülməsi 2 dekabr 1982-ci ildə baş tutub.

Əlavə edək ki, R.Carvik Nyu York Universitetində tibb mühəndisliyi üzrə magistr dərəcəsi alıb. O, 1976-cı ildə tibb elmlər doktoru dərəcəsini alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью