İlk svetofor işə salınanda hələ avtomobil yox idi FOTOLAR

09.10.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Almaniya küçələrində ilk avtomobil 1886-cı ildə göründü. Lakin, svetofor bundan 20 il əvvəl ortaya çıxmışdı. 

Avtosfer.az xəbər verir ki, 1868-ci ildə mühərrik prototipləri olsa da, hələ ki avtomobildən söhbət getmirdi. Həmin ildə Londonda at ekipajlarının hərəkətini tənzimləmək üçün nizamlayıcı qurğu quraşdırılır. Bu, svetoforun əcdadı hesab edilir. Yanar qazla işləyən qurğuda dəmir yolundakı kimi 2 semafor əqrəbi vardı: üfüqi vəziyyət “dayan”, 45 dərəcəlik vəziyyət isə “ehtiyatlı ol” mənasını verirdi. Qurğunu müəllifi də dəmir yolu mühəndisi idi.

Gecə saatlarında isə qurğu qırmızı və yaşıl şüşəli qaz lampası ilə arabalara işarə verirdi.

Təbii ki, o dövrün şərtlərində bu qurğu əllə idarə edilirdi və təhlükəli idi. Quraşdırıldıqdan 2 ay sonra partlayış nəticəsində polis əməkdaşı yaralanır və qurğu sökülür. 

1920-ci ildə isə ilk üçişıqlı, elektrikli svetofor ortaya çıxdı. Azərbaycanda ilk svetofor 1936-cı ildə Bakıda quraşdırılıb. Bu svetofor mexaniki olub, yol nizamlayıcısı tərəfindən idarə edilirdi. Bütün sovet məkanında olduğu kimi, sovet Azərbaycanının şəhərlərində də elektrikli svetoforlar 50-ci illərin əvvəllərində ortaya çıxdı.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью