İlk təklif rədd edildi, Qalatasaray məbləği artırdı

07.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı

"Qalatasaray" "Bernli"nin yarımmüdafiəçisi Lesli Uqoçukvun üçün yeni təklif göndərib.

QOL.az xəbər verir ki, "Türkiye Gazetesi"nin məlumatına görə, Türkiyə çempionu ilk təklif rədd edildikdən sonra İngiltərə klubuna ümumi dəyəri 24 milyon avro olan yeni təklif göndərib. Bu məbləğin 2 milyon avrosu icarə haqqı, 22 milyon avrosu isə məcburi satınalma şərti kimi nəzərdə tutulub.

Qeyd edək ki, Uqoçukvu ötən yay "Çelsi"dən "Bernli"yə transfer olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью