İlk üç ayda dəm qazından zəhərlənənlərin sayı açıqlandı

15.04.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


"2025-ci ilin ilk üç ayı ərzində dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 33 nəfər qəbul edilib".

Bakupost.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

"Həkimlərin səylərinə baxmayaraq onlardan 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü il ərzində isə dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 83 nəfər qəbul edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью