Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Qalatasaray” yarımmüdafiəçi ilə şəxsi razılığa gəlib. İstanbul klubu hazırda “Siti” ilə danışıqları davam etdirir.
"Şəhərlilər" Gündoğanın komandadan ayrılmasına müsbət yanaşır.
İddialara görə, 33 yaşlı futbolçunun növbəti mövsümdə komandada oynamaq şansı azalacaq. Bu səbəblə İlkay "Qalatasaray"a pulsuz transfer oluna bilər.
Qeyd edək ki, türk əsilli almaniyalı futbolçu başa çatan mövsümdə Premyer Liqada 33 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.
Premyer Liqada yeni transfer rekordu: 121 milyon avro DÇ: “Benfika"dan darmadağın, “Çelsi” bacarmadı - YENİLƏNİB Antoni üçün 3 yol: İtaliya, İngiltərə, İspaniya Florian Virts “Liverpul”da “Kopenhagen”in gənc ulduzu “Barselona”nın hədəfində