Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qalatasaray”ın futbolçusu İlkay Gündoğan “Mançester Siti” ilə oyun öncəsi “Etihad” stadionunda təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qarşıdakı görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Bu, mənim üçün qəribə bir matç olacaq. Köhnə dostlarıma, yaxın olduğum sabiq baş məşqçimə qarşı oynayacağam. Bu stadionda yenidən meydana çıxmaq çox xüsusi hissdir. Səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, İstanbula yaxşı oyun və yaxşı nəticə ilə qayıdacağıq”.
Gündoğan rəqibin gücünü də etiraf edib:
“Mən onların taktikasını az-çox bilirəm. "Siti’ və Qvardiola haqqında əlavə danışmağa ehtiyac yoxdur, onsuz da hamıya bəllidir. Yüksək fərdi keyfiyyətlərə malik komandadırlar. Bizi çətin oyun gözləyir. Çempionlar Liqasında bütün matçlar ağır keçir. Yaxşı hazırlaşmışıq və özümüzə inanırıq”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda "Qalatasaray" bu gün səfərdə "Mançester Siti"nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 00:00-da start götürəcək.
Abraham rəsmən “Aston Villa”da “Liverpul”un iki müdafiəçisi “Qarabağ”la matçda oynamayacaq İngiltərəli hücumçunun yeni klubu bəlli oldu - “Beşiktaş” açıqladı A Seriyasından Premyer Liqaya Braziliyalı hücumçu Premyer Liqa klubunda - RƏSMİ