İlkin bu yolla 6 kiloqram arıqlayıb

13.01.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Əməkdar artist İlkin Əhmədov 6 kiloqram çəki atdığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu haqda xanəndə "Həmin Zaur" verilişində bildirib. O bildirib ki, hələ 6 kiloqram da arıqlayacaq:

"Bir az kökəlmişəm, ona görə də idmanı saxlamışam. Hazırda çəki atıram. Altı kiloqram arıqlamışam və bir o qədər də çəki atacağam. Pəhriz saxlayıram, çörəkdən imtina etmişəm. Gün ərzində sulu və yağsız yeməklərlə qidalanmaq, axşam yeməyini isə tamamilə kəsmək lazımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью