İlkin mərhələdə bu şəxslərin əməkhaqqısı saathesabı olacaq

22.01.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Saathesabı əməkhaqqıya keçid layihəsi hökümətə təqdim edilib və müzakirə çərçivəsindədir.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçirdiyi mətbuat konfransında xidmətin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən deyib.

O bildirib ki, həmin istiqamətdə məhələli işlər nəzərdə tutulub.

“Bir çox ölkələrdə həm aylıq minimum əməkaqqı, həm də saathesabı maaş sistemi mexanizmi mövcuddur. Azərbaycanda ilkin mərhələdə natamam və 1 ayadək əmək müqaviləsi bağlanan şəxslərin saathesabı əmək müqaviləsinə keçidi planlaşdırılır”, – deyə V.Quliyev diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью