İlkin Qırtımov karyerasını bitirdiyini açıqladı

29.09.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

"Məşqçi kimi yoluma davam edəcəyəm"

Bu sözləri Fanat.Az-a açıqlamasında müdafiəçi İlkin Qırtımov deyib.

Son mövsümü 1-ci Liqa təmsilçisi "Zaqatala"da keçirən Azərbaycan millisinin sabiq üzvü futbolçu karyerasını başa vurduğunu bildirib:

"Bəli, rəsmi olaraq açıqlamamışam, ancaq bu, belədir. Karyeramı bitirmişəm. Məşqçi kimi yoluma davam edəcəyəm. C kateqoriyasına sahibəm. Məşqçilik kursuna bir neçə aydır ki, başlamışdım. Artıq təlimi başa vurmuşam".

35 yaşlı Qırtımov karyerası ərzində "Neftçi", "Qəbələ", "Kəpəz", "Zirə" kimi klublarda da forma geyinib.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью