“İlkin tibbi xidmətin səviyyəsi aşağıdır”

17.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İlkin tibbi xidmət sahəsində problemlər var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

“İlkin tibbi xidmətin səviyyəsi aşağıdır. Xüsusilə bu problem kəndlərdə var. Bu istiqamətdə dinləmə də keçirdik, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyinin nümayəndələri ilə birlikdə bu məsələni danışdıq. Amma problem yenə də qalır. Bundan başqa, xəstəxanalarda növbələrin çox olması da icbari tibbi sığorta sahəsindəki problemlərdəndir”,- deputat əlavə edib.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью