Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aparıcı İlkin Həsəni sosial şəbəkədə paylaşdığı videoda parklanma qaydaları ilə bağlı təklif irəli sürüb.
Axşam.az xəbər verir ko, o, parklanma haqqının saatla deyil, avtomobilin dayandığı dəqiqələrə uyğun hesablanmasını istəyib:
"Maşınımızı dəqiqə ilə saxlayırıq, amma saatla ödəyirik. Niyə? “AYNA” və “AzParking” üçün bir təklifim var. Parklanma haqqı dəqiqəlik hesablansın. Baxın, tutaq ki, 1 saatı 1 manat olan parkinqdə avtomobilimi saxlayıram. Yarım saatdan sonra çıxıb gedirəm və dərhal həmin yerə başqa bir avtomobil gəlir. O da yarım saat saxlayıb çıxır.
Nəticədə nə olur? Bir parkinq yeri üçün 1 saatlıq tarif 1 manat nəzərdə tutulubsa, artıq 2 manat ödənilmiş olur. Halbuki hər ikimiz yarım saat üçün 50 qəpik ödəsək, həmin parkinq yerinin 1 saatlıq haqqı yenə 1 manat edir.
Təklifim budur ki, 15 dəqiqəlik pulsuz parklanma qaydası olduğu kimi qalsın. Bu müddət keçdikdən sonra isə ödəniş avtomobilin dayandığı dəqiqələrə uyğun hesablansın. Sadəcə saatla deyil, dəqiqə ilə hesablansın. Bu təcrübə xaricdə də tətbiq olunur — məsələn, Tallində, Niderlandda və digər şəhərlərdə.
Bir sözlə, nə qədər dayanmışamsa, o qədər də ödəyim. Məncə, bu, daha ədalətlidir".