Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, keçən 20 il ərzində hər zaman “Həmas” elə düşüncə yaradıb ki, sanki sülh olacaq, amma bir müddətdən sonra ya İsrail, ya da “Həmas” bu qərardan vaz keçib.
Maşallah Rəzmi
“Qərarda da Donald Tramp Netanyahuya tövsiyyə edib ki, bombardmanlar dayansın. Görünən odur ki, hər gün 50-60 bombardman olur”-deyən şərhçi bildirib ki, indi ayrı bir şərait yaranıb.
Maşallah Rəzmi qeyd edib ki, sentyabr ayında BMT-nin iclaslarında Rəcəb Tayyib Ərdoğanla, Qətərin əmiri, Ərəbistan şahzadəsi, Pakistan nümayəndələri və İndoneziya rəhbərləri ilə görüşlər keçirilib.
Maşallah Rəzminin mövzu ilə bağlı şərhini Bizimyol.info xəbər portalının YouTube səhifəsində izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info