İllər keçsə də, bəzi ayrılıqların ağrısı dəyişmir

09.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Əməkdar artist Aybəniz Haşımova mərhum həyat yoldaşı Xalid Quliyevin doğum günü münasibətilə paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, müğənni sosial media hesabında onunla bağlı duyğusal sözlər yazıb.

“İllər öncə bu gün dünyaya gəlmişdi... Bu gün isə onu xatırlayan ürəklər var, hələ də unutmayıblar, hələ də darıxırlar... Bəzi insanlar həyatdan gedirlər, amma xatirələri ürəkdən heç vaxt getmir. Bəzi ayrılıqların isə illər keçsə də, ağrısı dəyişmir... Səni məndən alan dünya...” deyə, A.Haşımova qeyd edib.

Qeyd edək ki, A.Haşımovanın həyat yoldaşı Xalid Quliyev Qarabağ müharibəsində şəhid olub. A.Haşımovanın bu nikahdan Aynişan adlı övladı var.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью