İllər öncə yayımlanan məşhur türk serialında “Epşteyn” detalı VİDEO

02.02.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-li milyarder Cefri Epşteynin qurduğu pedofiliya və fahişəlik şəbəkəsi ilə bağlı yeni adlar və detallı məlumatlar üzə çıxıb. Siyasətdən incəsənətə, elmdən idmana qədər yüzlərlə tanınmış şəxsin adının hallandığı dosyelərdə ən dəhşətli iddialardan biri isə “adrenoxrom” maddəsinin istifadəsi ilə bağlıdır. Bütün dünyanı sarsıdan Cefri Epşteyn qalmaqalı və yayımlanan sənədərdə ortaya çıxana “adrenoxrom” iddialarının gündəmdən düşmədiyi son günlərdə Türkiyənin məşhur “Kurtlar Vadisi” serialındakı bir səhnə sosial şəbəkələrdə yenidən geniş müzakirələrə səbəb olub. 

İddialara görə, bəzi varlı və nüfuzlu şəxslər ömürlərini uzatmaq və cavan qalmaq məqsədilə uşaq qanından əldə edildiyi deyilən bu maddədən istifadə ediblər. Hətta bu qaranlıq şəbəkənin arxasında kəşfiyyat strukturlarının dayandığı da irəli sürülür.

Serialda da “Yüce Majesteleri” adlı obraz üçün uşaq qanından istifadə edildiyi səhnələrin bu gün Cefri Epşteyn qalmaqalı ətrafında səsləndirilən iddialarla diqqətçəkən oxşarlıq təşkil etdiyi məlum olub. “Yüce Majesteleri” obrazının müalicə olunduğu səhnədə onun həyatını uzatmaq üçün uşaq qanına müraciət edildiyi açıq şəkildə göstərilir.

Həmin səhnədə “Doktor” obrazı Yüce Majesteleri-nin daha uzun və sağlam yaşam sürməsi üçün qanının təzələnəcəyini bildirir. Qurban seçilən azyaşlı uşağın “Uşaqlar öləcək, eləmi?” sualına isə “Onlar qanlarını verərək ölümsüz olacaqlar” cavabı verilir.

Sözügedən səhnənin Cefri Epşteyn işi ilə yenidən gündəmə gələn və uşaqların yüksək qorxu anında ifraz etdikləri iddia olunan “adrenoxrom” maddəsi ilə birbaşa əlaqəli olduğu iddia edilir.

"AzPolitika.info"


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью