İllər sonra doğma yurda dönüş 52 nəfər Şükürbəyliyə köçürüldü

16.07.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Modern.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə, ümumilikdə 52 nəfər köçürülüb.

Qeyd olunub ki, doğma yurduna qayıdan ailələr uzun illər respublikanın müxtəlif şəhər və rayonlarında, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Şükürbəyli kəndinə köç "Böyük Qayıdış" proqramı çərçivəsində mərhələli şəkildə davam etdirilir. Bu proses işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin olunmasına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью