Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“TRT tabii” platforması iddialı “Kuyu” serialın çəkilişlərinə hazırlaşır.
OLAY yazır ki, 18 il komada qaldıqdan sonra oyanaraq intiqam almağa başlayan Leylanın sarsıdıcı hekayəsindən bəhs edən serialda baş rolları Burçin Terzioğlu və Barış Falay canlandıracaq.
Serialın çəkilişlərinin sentyabrın 20-də İstanbulda başlaması planlaşdırılır. Layihədə Barış Falay “Tahir” obrazına həyat verəcək. Serialın gənc ulduzlarını isə Haktan Zavlak və Oğuzhan Karbi canlandıracaq.