Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Türkiyədə “Adanalı” serialında canlandırdığı “Maraz Ali” obrazı ilə böyük izləyici auditoriyası qazanan Mehmet Akif Alakurt illər sonra aktyorluğa qayıtmağa hazırlaşır.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq olan aktyorun yenidən çəkiliş meydançalarına qayıtmağı planlaşdırdığı bildirilib.
Alakurtun bu qərarı xüsusilə onu “Adanalı” serialındakı “Maraz Ali” obrazı ilə xatırlayan pərəstişkarlarının diqqətini çəkib.
Aktyor uzun illərdir heç bir layihədə rol almayıb. Onun geri dönüş planının hansı layihə ilə bağlı olduğu isə açıqlanmayıb.