İllər sonra Kurtlar Vadisi ilə bağlı ETİRAF ETDİ

27.04.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin tanınmış aktyoru Zafer Ergin illər sonra "Kurtlar Vadisi"ndən niyə ayrıldığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə "Aslı Şafak"la İşin Aslı" verilişində danışıb.

O bildirib ki, layihədən ayrılmasına səbəb serialın zərərli və pis vərdişləri təbliğ etməsi olub:

"Orada çalışmağın çox yaxşı şərtləri vardı. Bəziləri soruşurdu ki, bu qədər yaxşı qazancın olduğu halda niyə ayrılırsan? Amma mənim prinsiplərim var. Televiziya böyük təsir gücünə malikdir və insanları yaxşılığa, doğruya yönləndirməlidir".

Xatırladaq ki, aktyor "Kurtlar Vadisi"ndə "Mehmet Karahanlı" obrazına həyat vermişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью