İllər sonra yenidən birlikdə... FOTOLAR (VİDEO)

21.11.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Ötən ay Argentinanın paytaxtı Buenos-Ayresdəki hotelin 3-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişən “One Direction” musiqi qrupunun solisti Liam Peyn dəfn edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Peynin dəfnində ailə üzvləri, yaxınları və dostları ilə yanaşı, keçmiş qrup üzvləri illər sonra bir araya gəlib.

Xatırladaq ki, Peyn Böyük Britaniyanın “One Direction” qrupunda çıxışı ilə məşhurlaşıb. O, qrupda Harri Staylz, Lui Tomlinson, Nayl Horan və Zeyn Maliklə birlikdə çıxış edib. Qrup 2016-cı ildə dağılsa da, Peyn solo çıxış edib.

Zərifə Nağıyeva 
 



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью